Axtarışda olan narkotacir saxlanılıb

14:28 21.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Axtarışda olan Ağcabədi sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a daxil olan məlumata əsasən, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Məmmədov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisindəki evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Oxunma sayı 121