Azad edilmiş digər rayonlara da vətəndaşlar SƏFƏR EDƏ BİLƏCƏK – LAKİN...

15:09 28.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 24-də uzun illərin həsrətinə qismən də olsa son qoyuldu. Nəhayət 30 il sonra ilk dəfə Bakıdan Şuşa və Ağdama sərnişin avtobusu yola düşdü. Bu hadisə hər iki şəhərin əsasının qoyulmasının 270-ci illiyinə bir hədiyyə oldu sanki.

Bəs görəsən, işğaldan azadedilmiş ərazilərə səfər etməkdə vətəndaşlar nə qədər maraqlıdır? Yaxın günlərdə başqa hansı rayonlara səfər etmək mümkün olacaq?

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Günay Əliyeva hafta.az-açıqlamasında bu və digər suallara aydınlıq gətirdi.

Onun sözlərinə görə, avtobusların artırılması sərnişin sıxlığına uyğun olaraq tənzimlənir. Səfər etmək istəyən sərnişinlərin sayı artarsa avtobuslar artırıla bilər.  

Katib onu da vurğuladı ki, bu gün azad olunmuş ərazilərə səfər etməkdə əhalinin marağı yüksək səviyyədədir:

“Çağrı mərkəzinə daxil olan zənglərdə səfər etmək istəyən sərnişinlərin müraciəti artıb”.

Müsahibimiz həmçinin işğaldan azad edilmiş digər rayonlara səfərlərin təşkili məsələsinə də aydınlıq gətirdi:

“Növbəti mərhələlərdə, təhlükəsizlik tam təmin edildikdən sonra və digər işğaldan azad olmuş ərazilərdə nəqliyyat infrastruktur layihələri yekunlaşdıqdan sonra müntəzəm marşrut xətlərinin açılması məsələsinə baxılacaq”.

Oxunma sayı 412