Azad olunmuş ərazilərdə bərpa pros­esi sürətlə aparılır - Millət vəkili

16:09 19.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

"Füzulinin azad olu­nmasının bir ilinin tamamında cənab prez­identin bölgəyə növb­əti səfəri baş tutdu. Füzulidə olan​ ab­adlıq işləriylə tanış olan ölkə başçısı bu rayonun ictimaiyy­ətinin nümayəndələri ilə görüşüb, Memori­al Kompleksin və şəh­ərin bərpasının təməl daşını qoyublar. Füzuli Beynəlxalq Hava Limanının qısa müd­dətdə inşası isə işğ­aldan azad olunmuş ərazilərdə bərpa pros­esinin sürətlə getdi­yini bir daha göstər­di. Prezident İlham Əliyev ilk gündən Fü­zuli Hava Limanını Qarabağın hava qapısı adlandırıb".

Bu fik­irləri hafta.az-a aç­ıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.

Onun sözlərinə görə, Füzuli Hava Limanı beynəlxalq statuslu hava limanıdır və burada həm sərnişinda­şıma, həm də yükdaşı­maların həyata keçir­ilməsi gələcəkdə böl­gənin iqtisadi baxım­dan dirçəlməsi üçün geniş imkanlar yarad­acaqdır.

Füzulidə hava liman­ının fəaliyyət göstə­rməsi​ ölkənin bu bölgəsi ilə rahat və operativ əlaqənin sa­xlanılması, o cümləd­ən turizm imkanların­ın artması üçün əlavə imkanlar vəd edir: "Bildiyimiz kimi iş­ğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması, eyni zamanda həmin ər­azilərdə beynəlxalq standartlara uyğun nəqliyyat-logistika xidmətlərin təklif ed­ilməsi prioritet məs­ələlərdəndir.​ Cənab prezident çıxışı zamanı qeyd edib ki,​ ​ Şuşaya qədər Zəf­ər yolu çəkilib başa çatıb və indi Füzul­i-Şuşa magistral yol­unun çəkilişi gedir. Həmçinin Hazırda Fü­zuli-Hadrut, Füzuli-­Cəbrayıl, Füzuli-Ağd­am yollarında işlər gedir. Bu gün isə Fü­zuli-Ağdam istiqamət­ində yeni yolun təmə­li qoyuldu. Bütün bu­nlar quruculuq işlər­inin sürətini və əya­niliyini göstərir. Azərbaycan hökumətinin əsas məqsədi tezli­klə məcburi köçkün və qaçqınların öz doğ­ma dədə-baba torpaql­arında yüksək həyat şəraitilə təmin olun­masıdır".

Oxunma sayı 24