Azadlığa qovuşanlar Prezidentə təşəkkür etdilər

11:54 28.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

 

Hafta.az xəbər verir ki, sərəncam cəzaçəkmə müəssisəsindəki 3 məhkuma şamil edilib. Onların hər üçünə əfv olunmaları üçün sənəd verilib. 


Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır. O, narkotik qaçaqmalçılığında ittiham edilib. O, əfv olunması üçün Prezidentə təşəkkür edib və bir daha cinayət törətməyəcəyini vurğulayıb:

 

"23 ildir Azərbaycana gəlib, burada işləmişəm. Bir daha belə cinayət törətməyəcəm, narkotikdən uzaq durmuşam".


Digər məhkum Möhüm Rüstəmov da azadlığa buraxılmasını sevinc hissi ilə qarşıladığını deyib. Bildirib ki, oğurluq və hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə həbs olunub:

"Həbsxanada olduğum dövrdə çox düşündüm. Azadlığa çıxandan sonra özümə yeni həyat quracam. Köhnə vərdişlərimdən əl çəkəcəm, köhnə tanışlarımdan uzaq duracam".

Oxunma sayı 107