“Daşkəsəni inkişaf etmiş bir rayona çevirəcəyik“

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

İcra başçısı Əhəd Abıyevin təşəbbüsü ilə raoynda müstəqillik günü ilə bağlı xeyriyyə aksiyalarına start verilib

Daşkəsən rayon İcra Hakimiyyətində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbir keçirilib. Mərasimdə icra başçısı Əhəd Abıyev çıxış edərək müstəqil Azərbaycanın keçdiyi yoldan danışıb. Ə.Abıyev deyib ki, Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı idman, bilik yarışları, inşa yazı müsabiqələri, idarə, müəssisə və təşkilatlarda dəyirmi masalar, yığıncaqlar təşkil olunub. “Həmin tədbirlərin davamı kimi indi daha geniş tədbirə toplaşmışıq. Xalqımızın adətidir, adətən bayramlara görülmüş işlər, hədiyyələrlə gəlirlər. Biz daşkəsənlilər olaraq daxili imkanalarımız hesabına son aylar ərzində xeyli iş görmüşük. Bayraq meydanı və istirahət parkı, “Yeni həyat“ mərasim evi, şəhərin küçələrinin asfaltlanması, kəndlərimizi rayonla birləşdirən yolların əsaslı təmiri və tikintisi, rayon ərazisində binaların dam örtüklərinin dəyişdirilməsi, su-kanalizasiya xətlərinin nizamlanması və digər tikintilər bizə deməyə əsas verir ki, biz bayramlar bayramına - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə əli boş gəlməmişik“. Əhəd Abıyev bildirib ki, ümumilli lider Heydər Əliyevin qoyub getdiyi siyasi kursu Prezident İlham Əliyev layiqincə davam etdirir. İcra başçıları da yerlərdə dövlət başçısının etimadını doğruldaraq ona dəstək olmalıdırlar: “Prezidentimiz bizim milli sərvətimizdir. Allah Prezidentimizi, Prezidentimiz də xalqımızı qorusun“. İcra başçısı Daşkəsinin inkişafı ilə bağlı görüləcək tədbirlərdən də danışıb. Onun sözlərinə görə, Daşkəsəndə təbbi sərvətlər çoxdur. Bu ehtiyatlardan tam istifadə olunması üçün yeni layihələr həyata keçiriləcək ki, bunun da hamısı dövlət başçısına təqdim olunan “Yeni Daşkəsən“ layihəsində əksini tapıb: “Biz rayonu inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Daşkəsən həmişə bütün göstəriciləri ilə geridə qalmış rayon olub. Biz bunu aradan qaldırb Daşkəsəni inkişaf etmiş bir rayona çevirəcəyik. Bunun üçün dövlətə öz planlarımızı yazılı şəkildə təqdim etmişik. Hazırda məsələyə aidiyyatı üzrə baxılır. “Yeni Daşkəsən“ layihəsinin icrası üçün təxminən 30 milyon manat vəsait tələb olunur. Biz bu vəsaitlə rayonumuzu tam yeniləməyə qadirik“.
Digər bir tədbirdə icra başçısının təşəbbüsü ilə Daşkəsəndə aztəminatlı ailələrdən olan 100 uşaqa sünnət edilib. “Yeni Həyat“ şadlıq evində kiçik toy mərasiminin iştirakçılarına ziyafət verilib. Toy mərasimində rayon İcra Hakimiyyəti Aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələri iştirak ediblər. Toy mərasimindən sonra nəzərdə tutulan silsilə tədbirlərin davamı kimi Heydər Əliyev parkında el şənliyi tanınmış müğənnilər, el aşıqları və incəsənət xadimlərinin iştirakı ilə davam etdirilib. Şənlik atəşfəşanlıqla yekunlaşıb.
Nahid Canbaxışlı