“Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında dünyada ən çox irəliləyən ölkə olub” – Tahir Mirkişili

15:18 09.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Dünya İqtisadi Forumunun bu gün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında (2019) Azərbaycan iqtisadiyyatı 11(!) pillə irəliləyərək 141 ölkə içərisində 58-ci yerdə qərarlaşıb. Bu, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticələrinin daha bir beynəlxalq platformada əks olunmasıdır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Millət vəkili bildirib ki, Azərbaycan bu hesabatda dünyada ən çox irəliləyən ölkə olub: “Ölkəmiz 11 pillə irəliləyib. Bununla yanaşı, İnnovasiya Ekosystemi sütununda Biznesin Dinamikliyi göstəricisinə görə ölkəmiz dünyada 23-cü, İnfrastrukturun inkişafı göstəricisinə görə dünyada 38-ci, İnsan Kapitalı göstəricisinə görə isə dünyada 41-ci yerə çıxıb”.