Mirzə İbrahimovun yubiley tədbiri keçirilib

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən Dövlət İdarəçilik Akademiyasında (DİA) xalq yazıçısı və dövlət xadimi Mirzə İbrahimovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə bu ali təhsil müəssisəsinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, deputatlar və Mirzə İbrahimovun doğmaları iştirak edib. DİA-nın rektor əvəzi Əlikram Abdullayev Mirzə İbrahimovun böyük yazıçı və dramaturq və Azərbaycan ədəbiyyatı tarixinə adı qızıl hərflərlə yazılmış şəxslərdən biri olduğunu deyib. Daha sonra DİA-nın şöbə müdiri Musa Quluzadə, xalq yazıçısının qızı Sevda İbrahimova və başqaları çıxış edərək Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatı tarixində oynadığı roldan danışıblar. Tədbirdə yazıçının Cənubi Azərbaycanla bağlı yazılarının əhəmiyyəti də vurğulanıb. Tədbir Azərbaycan prezidentinin Mirzə İbrahimovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamı çərçivəsində keçirilib.
Nigar