Azərbaycan millisi qələbə qazandı

23:38 09.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb.

Azərbaycan milli komandası Bəhreyn milli stadionunda Bəhreyn yığması ilə üz-üzə gəlib.

Oyun Azərbaycan milli komandasının  3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizdən Rüfət Dadaşov, Təmkin Xəlilzadə və Ramil Şeydayev fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.