Azərbaycan millisi San Marinoya qalib gəldi

23:57 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün ikinci yoxlama oyununu keçirib. 

Hafta.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, komandamız Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2.

Yoxlama oyunu

Azərbaycan - San Marino - 2:1
Qollar: Nanni, 9 (0:1) - Rəhman Daşdəmirov, 27 (1:1), Renat Dadaşov, 49 (2:1)