Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir - Salome Zurabişvili

21:52 07.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili söyləyib.

Onun sözlərinə görə, son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində Azərbaycan Prezidentinin xüsusi rolu olub.

Salome Zurabişvili deyib: “Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.

Siyasət rubrikasından digər xəbərlər