İsrail hökuməti islahatlara başladı

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
İSRAİLİN nazirlər kabineti minlərlə israillinin iqtisadi islahatlar tələbi ilə keçirdiyi nümayişlərə cavab olaraq, yaşayış xərclərinin azaldılmasına dair ölçüləri təsdiq edib. Təkliflər baş nazir Benyamin Netanyahunun təşkil etdiyi xüsusi komitə tərəfindən irəli sürülüb. Kabinet üzvlərinin üçdə iki hissəsi vergilərin ixtisarı, pulsuz təhsil və ev qiymətlərinin azaldılması kimi ölçülərin leyhinə səs verib. Avqust ayında minlərlə insan islahat tələbi ilə Tel-Əviv, Hayfa və Biirşeba şəhərlərində nümayişlərə çıxmışdı.