Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar  

15:52 21.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan təmsilçiləri futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına təyinat alıblar.

Hafta.az xəbər verir ki, AFFA-nın iki rəsmisi bu qarşılaşmalarda iş başında olacaq. Bunlar Asim Xudiyev və Sərxan Hacıyevdir.

Asim Xudiyev iyulun 25-də baş tutacaq “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Spartak” (Trnava, Slovakiya) görüşündə hakim-inspektor olacaq. 

Sərxan Hacıyev isə Macarıstanda yerli “Fehervar”la Lixtenşteyn təmsilçisi “Vaduts”un görüşündə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.