Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib

12:39 13.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Konsertmeyster ustalığı” və “Xüsusi pedaqoji hazırlıq” kafedralarının birgə layihəsi olan konsert keçirilib. 

Hafta.az-ın məlumatına görə, layihənin rəhbərləri BMA-nın professoru Gülnarə Acalova və dosent Elnarə Məmmədovadır.

Tamaşaçılar tərəfindən maraqla dinlənilən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.