Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat çəkib - YENİLƏNİB

23:20 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Hafta.az-ın xəbərinə görə, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva "Twitter"səhifəsində qeyd edib.

O bildirib ki, tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər.

Danışıqlar sabah da davam edəcək.

***

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

Oxunma sayı 132
Siyasət rubrikasından digər xəbərlər