Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

11:51 25.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ötən gün Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə verdiyi başsağlığında deyilir.

Başsağlığının mətnində qeyd edilir:

"Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır".

Oxunma sayı 352
Siyasət rubrikasından digər xəbərlər