“Azərbaycanda 2021-ci il Onlayn K-Food Yarışması”nın qalibləri bəlli oldu 

17:41 28.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının Azərbaycandakı Səfirliyi 9-21 iyul tarixlərində 2021-ci il Onlayn K-Food Yarışmasını təşkil edib.

Hafta.az-ın yazdığına görə, 2021-ci il Onlayn K-Food Yarışması Azərbaycanda asan tapılan və evdə hazırlanması mümkün olan üç Koreya yeməyi - Kamcaçon (kartoflu fəsəli), Dak kal-kuksu (toyuqlu əriştə) və Qoçu qui (çöpdə qızartma) əsasında olub. İştirakçılar bu üç yeməkdən birini seçəndən sonra, özünün Koreya yeməyi hazırlama videosunu çəkərək youtube kanalına yerləşdirib. Həmin iştirakçılar arasında 1-ci (Alagöz Əlixanova), 2-ci (Nuranə Abbasova) və 3-cü (Fəridə Rüstəmova) yerlər olmaqla üç nəfər qalib seçilib.

Azərbaycanda Koreya restoranı olmadığından Koreya yeməklərinin dadına baxmaq mümkün deyil. Ancaq bu yarış vasitəsilə Azərbaycan vətəndaşlarının Koreya yeməkləri ilə tanışlığına zəmin yaradıldı.

Gələcəkdə də, Koreyanın Azərbaycandakı səfirliyi milli yeməkləri ilə bağlı tədbirlər təşkil edəcək ki, orada Koreya mətbəxinin təamlarını dada biləcəksiniz.

Oxunma sayı 1291