Rusiya narahatdır

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Rusiya Amerikanın İspaniya sahillərinə raket interseptorları gəmilərinin yerləşdirilməsi planını qəbuledilməz və narahatedici adlandırıb. Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Amerika sistemin Rusiyanı hədəf almayacağına dair heç bir təzminat verməyib. Sənəddə sistemin Rusiyanın təhlükəsizliyinə hədə törətdiyi bildirilir. Amerika NATO-nun ballistik raketlərdən müdafiə sisteminin bir hissəsi olaraq gəmiləri İspaniya sahillərinə yerləşdirməyi planlaşdırır. Məqsəd NATO-ya üzv Avropa ölkələri və Amerikanı İran kimi ölkələrin raket hücumlarından müdafiə etməkdir. Rumıniya, Polşa və Türkiyə ABŞ-ın Avropada raketlərdən müdafiə sisteminə qoşulmaq arzusunda olduqlarını bildirib.