Azərbaycanda benzin istehsalı azalıb 

12:15 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin yanvar-may aylarında Azərbaycanda avtomobil benzinin istehsalı 5,4 faiz azalıb.

 

Hafta.az-ın məlumatına görə, ümumilikdə qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsindəistehsalın ümumi dəyəri 1 milyard 603,6 milyon manat olmaqla, əvvəl ki ili n yanvar-may ay ları ilə müqayisədə 3 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 79,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 34,3 faiz, neft koksunun istehsalı 16,1 faiz, dizel yanacağının istehsalı 9,2 faiz artıb, neft bitumunun istehsalı 7,7 faiz, ağ neftin istehsalı 13,8 faiz, yanacaq mazutunun istehsalı isə 36,6 faiz azalıb.

Oxunma sayı 275