Azərbaycanda sağalanlar yoluxanları üstələdi - 6 nəfər öldü

16:27 10.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə hafta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

 

Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.

 

Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.

Oxunma sayı 139