Azərbaycanda vəkillərin sayı açıqlandı 

11:19 25.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda 2135 vəkil fəaliyyət göstərir.

 

Hafta.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

 

"Bu say daim dəyişir. Çünki vəkilliyə qəbul olunan şəxslər, dövlət qulluğuna keçən şəxslər olur. Əminliklə demək olar ki, gələn ay vəkillərin sayı 2200 nəfəri ötəcək. Hazırda vəkilliyə namizədlər bütün mərhələlərdən keçib, imtahanı uğurla veriblər. Ədliyyə Akademiyasında kurslar tamamlanıb. Gələn ay ərzində çoxsaylı namizədləri vəkilliyə qəbul edəcəyik", - kollegiya sədri bildirib.

 

A.Bağırov qeyd edib ki, hazırda Azərbaycan Vəkillər Kollegiyasının 300 nəfərdən artıq qadın vəkil üzvü var:

 

"Hazırda Qadın Vəkillərin Alyansı yaradılıb. Bu gün Rəyasət Heyətinin iclasında Alyansın əsasnaməsi təsdiq olunacaq. Ümid edirəm ki, bu səmərəli fəaliyyət göstərən qurum olacaq".

Oxunma sayı 25