Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

16:04 27.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsindən hafta.az-a verilən məlumata görə, sənədlərin qəbulu mayın sonuna qədər davam edəcək.

Həcc ziyarətinin qiyməti 4490 dollar olacaq. Qeyd edək ki, ötən il ziyarətin qiyməti 4285 dollar təşkil edib.

Ötən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.

Oxunma sayı 127
Sosial rubrikasından digər xəbərlər