Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyət göndərilir 

23:48 04.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Azərbaycanın fövqəladə hallar naziri cənab Kamaləddin Heydərov mənə zəng etdi və Prezident cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə dəstək üçün yeni heyətin göndəriləcəyini bildirdi”.

 

Hafta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Antaliyadakı yanğınlarla əlaqədar keçirilən mətbuat konfransında məlumat verib.

 

Nazir deyib ki, Türkiyədə yanğınların söndürülməsinə dəstək məqsədilə Azərbaycandan sabah bir təyyarə, 10 heyət üzvü, 150 heyət nəfərilə 40 yanğınsöndürən avtomobili ölkəyə gələcək.

 

Qeyd edək ki, M.Çavuşoğlu bundan əlavə helikopterlərdə yanğınların söndürülməsi üçün istifadə edilən 2 ədəd su tankerinin Azərbaycandan göndərildiyini bildirib.

Oxunma sayı 243