“Azərbaycanın dəstəyi bizə güc verir” - Çavuşoğlu

09:49 30.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.

 

Hafta.az xəbər verir ki, nazir tvitter hesabında Ceyhun Bayramovun başsağlığı mesajını paylaşıb.

 

“Dəyərli qardaşım Ceyhun, həmrəyliyin və başsağlığı mesajın üçün təşəkkür edirəm. Can Azərbaycanın dəstəyi və qardaşlığı bizə güc verir”, - Çavuşoğlu vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə davam edən meşə yanğınları nəticəsində həlak olanların ailələrinə başsağlığı verib:  

"Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq".

Oxunma sayı 167