“Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var” – İbrahim Kalın

15:26 29.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışıb.

 

Hafta.az “Haber7”yə istinadən xəbər verir ki, sözçü bu prosesin müsbət şəkildə davam etdiyini söyləyib.

 

“Sərhədlərin açılması ilə bağlı texniki işlər görülüb. Proses müsbət şəkildə irəliləyir. Ermənistanla Azərbaycan arasındakı prosesin sağlam şəkildə irəliləməsi vacibdir. 30 ildir qurula bilməyən təmaslar qurulub. Qarabağ məsələsi çözülüb. Paralel olaraq Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var. Uyğun zamanda və uyğun şəraitdə addımlar atıla bilər”, - deyə Kalın bildirib.

Oxunma sayı 1621
Dünya rubrikasından digər xəbərlər