“Azərbaycanın Mehriban Siması” kitabı ictimaiyyətə təqdim olundu - FOTO

16:40 09.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Azərbaycanın Mehriban Siması” adlı kitabının təqdimat mərasimi keçirilib.

 
Hafta.az xəbər verir ki, tədbirdə  respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri, yazışı və jurnalistlər iştirak edib. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik, professor, əməkdar elm xadimi Nizami Cəfərov çıxış edərək bildirib ki, Vaqif Abdullayevin oxuculara təqdim etdiyi yeni kitabında Azərbaycan Respublikasının Birinci vitse­prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO və ISESCO­nun xoşməramlı səiri Mehriban Əliyevanın çoxşaxəli və zəngin elmi­mədəni, humanitar, ictimai­siyasi fəaliyyəti geniş şəkildə sosioloji və politoloji istiqamətlərdən təhlil olunur: “Nəşrdə Mehriban Əliyevanın görkəmli qadın lider kimi praqmatik liderlik keyiyyətlərinə, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi dərin töhfəni, çoxsaylı siyasi uğurlarını düzgün və obyektiv rakursdan fəlsəfi-analitik təhlilini görmək mümkündür”.
 
Nizami Cəfərov qeyd edib ki, Mehriban xanım haqqında kitab yazmaq həddindən artıq çətindir və dərin məsuliyyət, yüksən siyasi-elmi təfəkkür, analitik erudisiya tələb edir. O, müəllifin uzun illər siyasi elmlər sahəsində dərin və geniş tədqiqatlar aparan  alim kimi görkəmli şəxsiyyətlərimiz olan Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında  sanballı və siyasi ədəbiyyatımızda xüsusi yeri olan kitablar yazdığını xatırladıb: "Bu baxımdan Vaqif Abdullayev “Azərbaycanın Mehriban siması” kitabı da çox dərin və əhatəli ictimai və siyasi tədqiqatın,  elmi-fəlsəfi-analitik təhlillərin dəyərli nümunəsidir. Müəllif kitabda  prosesləri sadə və elmi-bədii formada təsvir etməklə, oxunaqlı və zəngin üslub keyfiyyətlərindən məharətlə istifadə edib.  Eyni zamanda, kitabın çox keyfiyyətli tərtibi onun dəyərini daha da artırır".
  
Oxucunun kitabda  əldə etdiyi əsas qənaət budur ki, Mehriban xanımın fəaliyyətində hər zaman insanların taleyi əsas yer tutur. Onun özünün qeyd etdiyi kimi “uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən” - deyə, professor əlavə edib.
 
Çıxış edən digər natiqlər kitabın nəşrini yüksək qiymətləndirib, müasir sosial-iqtisadi, ictimai-siyasi həyatımızda yeni məzmun, fəlsəfi baxışın sanballı nümunəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, Mehriban Əliyeva Prezident İlham Əliyevin gördüyü işlərə davamlı dəstəyi, həyata keçirilən siyasətə verdiyi töhfələri ilə xalqın dövlət başçısına, hakimiyyətə olan inamını daha da qüvvətləndirir, xalq-dövlət münasibətlərinə nikbin ümidverici ovqat gətirir. Mehriban xanımın Azərbaycan Respublikasının Birinci vitse­prezidenti seçilməsindən sonra ölkəmizin gələcəyə doğru inamla irəliləməsi, dünyada aparıcı dövlətlərdən birinə çevrilməsi sahəsində onun gördüyü misilsiz işləri və digər maraqlı məqamları elmi­analitik təhlil edir.
 
Təqdimat mərasimdə çıxış edən kitabın müəllifi, siyasi elmlər doktoru, professor, Vaqif Abdullayev tədbirdə iştirak edələrə minnətdarlığını bildirib, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr edilmiş bu dəyərli nəşri  onun keçdiyi mənalı həyat yoluna, zəngin ictimai-siyasi və humanitar fəaliyyətinə , Azərbaycanın müasir  inkişaf yoluna nəzər salmaq baxımından faydalı olacağına inandığını vurğulayıb.
Oxunma sayı 147
Siyasət rubrikasından digər xəbərlər