Azərbaycanın qrup hərəkətləri komandası “Tokio 2020”yə lisenziya qazanıb

21:22 21.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında qrup hərəkətləri komandalarının təsnifat yarışlarına yekun vurulub.

Hafta.az xəbər verir ki, iki proqramın yekununda 53,100 xal toplayan Azərbaycan komandası çoxnövçülük yarışında səkkizinci olub. Çempionatda çoxnövçülük xalları üzrə 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanıb. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Yaponiya millisi ev sahibi olaraq Olimpiadada iştirak edəcək. Hər dörd komanda ilk beşlikdə yer aldığı üçün millimiz “Tokio 2020”yə vəsiqəni təmin edib.

Altmış bir ölkədən 300-dən artıq gimnastın çıxış etdiyi çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.