Azərbaycanlı hakim beynəlxalq təyinat alıb

17:25 02.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) hafta.az-a bildirilib ki, İ.Məmmədov oktyabrın 12-dən 16-dək Qətərin paytaxtı Dohada keçiriləcək “ANOC World Beach Soccer Games” turnirinin final mərhələsinin oyunlarını idarə edəcək.