Azərbaycanlı məşhur teleaparıcı həmcinsilə evləndi - FOTO 

14:53 13.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı məşhur teleaparıcı Amerikada həmcinsi ilə izdivac qurub.

 

Hafta.az xəbər verir ki, aparıcı Səxavət Nur həmcinsi ilə görüntülərini sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib:

 

“Ailə sadəcə qan bağı deyil. Sənin həyatında olub da, səni öz həyatında istəyənlər, səni olduğun kimi qəbul edənlərdir ailə! Sənin gülüşün üçün hər şey edənlər və səni səbəbsiz sevənlərdir”.

 

Amerikada yaşayan S.Nurun həmcinsi ilə evlənməsi şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

 

 

Xatırladaq ki, Səxavət Nurullayev (Səxavət Nur) 25 yanvar 1979-cu ildə Qubada anadan olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişində aparıcılıq fəaliyyətinə başlayıb. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub.

 

O, bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub. 2008-ci ildə yaradılan Xəzər FM radiosunun rəhbəri kimi fəaliyyət göstərib, həmin radioda yayımlanan bir çox layihələrin müəllifi olub. 2010-cu ildə Xəzər TV-də müəllifi olduğu "Niyə də yox" verilişini hazırlayıb və təqdim edib. 2010-cu ilin avqust ayından etibarən Xəzər TV-də yayımlanan "Nuş olsun" verilişinin aparıcısı olub.

 

2011-ci ildə "Muğam Televiziya Müsabiqə"sinin aparıcısı kimi fəaliyyət göstərib. 2011-ci ildə ANS kanalında yayımlanan xarici ölkələrə səyahət verilişi "Şanslı adam" layihəsinin müəllifi və aparıcısı olub. 2012-ci ildə Xəzər TV də "İmza mən" əyləncəli verilişinin müəllifi və aparıcısı olub. 2012-ci ildən etibarən Araz – 103.3 FM radiosunun baş redaktoru vəzifəsində çalışıb.

 

2019-cu ildən Real TV-nin ABŞ-a ezam olunmuş xüsusi müxbiri kimi fəaliyyət göstərib.

Oxunma sayı 160