“Azərsun Holdinq”in kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

13:48 21.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib.

Hafta.az bildirir ki, “Azərsun Holdinq”in rəhbər heyəti və kollektivin üzvləri ölkəmizin müstəqiliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə tər çiçəklər düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əkil qoyulub, onların ruhuna dualar oxunub.

Daha sonra şirkətlər qrupunun rəhbərliyi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə çiçəklər düzüb.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın təlimatına əsasən Şirkətlər Qrupu tərəfindən silsilə tədbirlər həyata keçirilib.