“Bakcell”in yeni mağazası açıldı 

16:50 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakcell şirkətinin Ü.Hacıbəyli küç.48 ünvanındakı Sahil Satış və Xidmət mərkəzi yenidən açıldı.

Hafta.az xəbər verir ki, şirkətin yeni konsept mağazası artıq müştərilərini gözləyir.

Mağazanın açılışını Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber etdi. O, çıxışı zamanı “Biz müştərilərə ən yaxşı xidməti göstərmək niyyətindəyik. Sizin rəyləriniz bizim üçün çox dəyərlidir. Sadiqliyinizə görə minnətdaram”- deyə bildirdi.

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə yeni mağaza özündə müştəri xidməti funksiyası, həmçinin nömrə və aksessuar satışını birləşdirərək ən innovativ “hər şey bir arada” konsepsiyası əsasında qurulub. Qeyd edək ki, Bakcell şirkəti paytaxt və bölgələrdə fəaliyyət göstərən bir çox satış və Müştəri Xidməti Mərkəzlərində öz abunəçilərinə ən üstün xidməti göstərir.

Oxunma sayı 17