Bakı sakini QİÇS-dən öldü

12:14 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölüm hadisəsi baş verib.

Hafta.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1974-cü il təvəllüdlü C.R (ad şərtidir) QİÇS-dən dünyasını dəyişib.

Araşdırmalar zamanı C.R-nın uzun müddət narkotik istifadəçisi olduğu da məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.