Bakı-Sumqayıt yolunda növbəti piyada ölümü

13:25 18.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə Masazır körpüsü yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən kişini maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb (apa).

 

Ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.