Bakı Tanqo Festivalının açılışı olub

14:40 22.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yerli hökümət nümayəndlərinin, təşkilatçı tərəfdaşlar olan United Cultures və Landmark Hotel-lə birgə Bakı Tanqo Festivalının açılışı olub.

Hafta.az yazır ki, açılış çərçivəsində tədbir iştirakçıları məlumatlandırılıb, gözəl tanqo rəqsi və film nümayişi ilə şənləndirilib. Eyni zamanda, qonaqlara Argentina şərablarından, kökələrindən və məşhur bon-o-bon konfetlərindən ibarət dequstasiya da təqdim edilib.

Nümayiş etdirilən "Gecədə atış II" adlı sənədli film isə tamaşaçılara hazırda Argentinada tanqo musiqi janrları ilə nələrin baş verdiyini göstərib. 

Qeyd edək ki, tanqo yalnız ehtiraslı rəqs və melanxolik musiqi deyil, bir mahnının 3 dəqiqəsi boyunca bir insanın digəri ilə improvizə etdiyi sosial rəqsdir. Bu nöqtə Argentina tanqosunun sehrinin yarandığı nöqtədir. Bir-birinə yad olan iki insan bu rəqs vasitəsiylə bir-birini anlaya bilir və bu dialoqda zəriflik, oyun, sevinc, kədər və xoşbəxtlik hissləri ola bilər.