Bakı və Masallıda avtomobil qaçırılıb

14:50 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhər və Masallı rayonunda avtomobil qaçırlıb.

Hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal Rayon polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.

Bundan başqa, Masallı Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Mahmudavar kəndi ərazisindən kənd sakini A.Səfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini R.Həsənov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma apaırlır.