Bakıda məktəbli qız intihar etdi 

09:00 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yeniyetmə intihar edib.

 

Hafta.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

 

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.(Report)

Oxunma sayı 67