Bakıda 70-dən çox tarixi bina bərpa edilib 

13:59 09.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il Memarlar İttifaqı yanında “Vətəndaş” ictimai hərəkatı yaradılıb və qısa müddətdə təkcə Bakı şəhərində 70-dən çox tarixi bina bərpa edilib, şəhərsalma qaydalarının pozulması faktları aradan qaldırılıb.

 

Hafta.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Memarlar İttifaqının XX qurultayında İttifaqın sədri Elbay Qasımzadə deyib.

 

O vurğulayıb ki, Memarlar İttifaqı gənc həmkarların yaradıcılığına diqqəti və dəstəyi, onların İttifaqın idarəolunmasına cəlb edilməsini artırıb.

Oxunma sayı 2103