Bakıda ağır qəza - TIR körpüdən aşdı-VİDEO

16:09 22.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hafta.az trend-ə istinasdən xəbər verir ki, qəza Xocahəsən qəsəbəsində qeydə alınıb. Yüklə dolu TIR "meyvəli bazar"ın yaxınlığında olan körpüdən aşıb.

Dəmir yolunun üzərinə düşən yük avtomobilinin sürücüsünün öldüyü deyilir. Avtomobilin içində olan yük isə ətrafa dağılıb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.