“Erməni soyqırımı“ Bundestaqda müzakirəyə çıxarıla bilməz“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
“ErmƏni soyqırımı“ Almaniya Bundestaqında müzakirəyə belə, çıxarıla bilməz. Bunu jurnalistlərə Bakıda səfərdə olan Almaniya parlamentinin hakim partiyadan olan üzvü Ştefen Lemme bildirib.“Ermənistan və digər bu kimi problemləri olan ölkələr hansısa ölkə ilə olan problemlərini daha mütərəqqi yollarla həll etməlidirlər. Əks halda, hansısa sübut olunmamış hadisələri müasir dövrdə soyqırım kimi tanıtmaq cəhdi yersizdir“, - o deyib. Lemme qondarma “erməni soyqırımı“nın hansısa Avropa ölkəsində nə indi, nə də gələcəkdə tanınmasının qeyri-mümkün olduğunu qeyd edib. Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırımı“ həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində “soyqırımı“ təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.