Bakıda çimərlikdə kütləvi dava - bıçaqlananlar var

09:21 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

 

1988-ci il təvəllüdlü Mahmudov Şəmsi Asif oğlu və 1984-cü il təvəllüdlü Mahmudov Xəyal Saleh oğlu kütləvi dava zamanı bıçaqlanıb. Ş.Mahmudova ümumilikdə üç bıçaq zərbəsi vurulub. X.Mahmudovun isə döş qəfəsinə daxilə nüfuza edən xəsarət yetirilib. Onun vəziyyəti ağırdır (apa).

Oxunma sayı 366