Bakıda gənc qız dəm qazından zəhərlənərək ölüb

12:24 11.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xəzər rayonunda dəm qazından bir nəfər zəhərlənərək ölüb.

 

Hafta.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

 

1994-cü il təvəllüdlü Hüseynova Türkanə İsgəndər qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Faktla bağlı Xəzər Rayon Prokorurluğunda araşdırma aparılır.