Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub

15:10 06.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gün ərzində 650 min ağacın əkilməsi bağlı təşəbbüsünə uygun olaraq Bakı şəhərində genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub.

Hafta.az xəbər verir ki, aksiyanın əsas məqsədi şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətilərinin əməkdaşları, departament, idarə və təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 1000 nəfərə qədər insan iştirak edərək 2000-dən çox yeni ağac, əsas etibarilə Eldar şamı, kiparis, zeytun və iqlimə uyğun olan digər ağaclar əkiblər. Tanınmış mədəniyyət xadimləri və özfəaliyyət kollektivlərinin nümayəndələri tədbiri rəngarəng ediblər.

Bu mühüm aksiyaya hazırlıq dövründə ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsimi ilində 650 min ağacın əkilməsi ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətindəki dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq ölkəmizdə yaşıllıqların daha da artırılması, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılması, torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

Gün ərzində bu aksiya paytaxtın bütün rayonlarında davam edib.

Oxunma sayı 34
Gündəm rubrikasından digər xəbərlər