Bakıda iki avtobus və bir minik avtomobili toqquşub - xəsarət alanlar var

21:51 10.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda iki sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumata görə, hadisə Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında qeydə alınıb.

Qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli avtobuslar toqquşub, nəticədə 7 sərnişin xəsarət alıb.

Qəza ilə əlaqədar Agentlik tərəfindən araşdırma aparılır.