Bakıda küçə və yollarda son vəziyyət - FOTO

14:33 06.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

6 iyun saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra qaydaları pozaraq həftəsonu evdən çıxanlar cərimə oluna və yaxud həbs edilə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir.

Hafta.az xıbır verir ki, hazırda küçələrdə insanların hərəkəti nəzər çarpmır, yollarda isə nadir hallarda avtomibllərə rast gəlinir.

Oxunma sayı 7124