Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəstəxanaya yerləşdirilib

11:12 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bü gün Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Hafta.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.

Oxunma sayı 33