“Bakıda müxtəlif dinlərin nümayəndələrinin görüşləri ənənəyə çevrilib” – Asim Mollazadə

13:39 15.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Artıq Bakıda müxtəlif dinlərin nümayəndələrinin görüşləri, onların burada fikir mübadilələri bir ənənəyə çevrilib”.

Bunu hafta.az-a açıqlamasında Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsinin əhəmiyyətindən danışarkən Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə deyib. ADİP sədrinin sözlərinə görə, Azərbaycan çalışır ki, öz tarixi dəyərlərini dünya ilə  bölüşsün: “Bu dəyərin mahiyyəti ondan ibarətdir ki, min illərdir Azərbaycanda fərqli dinlərin, fərqli etnik mənsubiyyətə malik olan nümayəndələrin arasında əməkdaşlıq, qarşılıqlı hörmət ənənəsi formalaşıb. Mənə elə gəlir ki, bu da fərqli sivilizasiyaların əməkdaşlığının əsasını yaradır. Dünyanın çox ağır və keçməkeşli bir durumunda, islamafobiya, anti-semitizm insanların öz dini əqidələrinə görə incidildiyi bir dövrdə Azərbaycan dünya ilə öz dəyərlərini bölüşür. Bu istiqamətdə özünün yaratdığı məktəbi dünyaya təqdim edir. Hamının əməkdaşlığı nəticəsində bu istiqamətdə inkişafa nail olmaq mümkündür. Sülhü bərqərar etmək olar. Azərbaycan bir sıra ölkələrlə bu istiqamətdəki əməkdaşlığını daha da gücləndirəcək. Düşünürəm ki, bu, bir növ xalqımızın missiyasıdır. Biz bu missiyanı dünyada uğurla həyata keçirəcəyik. Mənə elə gəlir ki, həm dini liderlərin, həm də inkişafa yönəlmiş əməkdaşlığın münaqişələrin həllinə də öz müsbət töhfəsini verəcək”.

Siyasət rubrikasından digər xəbərlər