Bakıda Pekin Beynəlxalq Təhsil sərgisi keçiriləcək

12:50 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin Xalq Respublikasının 70 illik yubileyi münasibətilə Çin Təhsil Bələdiyyə Komisiyyasının Bakıda Pekin Beynəlxalq Təhsil sərgisi keçiriləcəkdir.

Sərgi Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi, WECO Təhsil mədəniyyət Assosiasiyası,  Dünya Co. MMC, Azərbaycan Dillər Universitinin dəstəyilə təşkil edilmişdir. Sərgi 13 noyabr, 2019 tarixində, saat 9:00-dan – 11:30-dək Park İnn  Hotelin konfrans zalında keçiriləcək.

 

Sərgidə tələbələr Universitet nümayəndələrindən birbaşa Çində ödənişsiz təhsil və karyera imkanları barədə məlumat ala biləcəklər. Pekin Beynəlxalq Təhsil sərgisində bir çox Pekin dövlət və özəl iniversitetləri də iştirak edəcəklər.

“Pekində təhsil al -Xəyallarına çat”  devizi ilə keçiriləcək tədbir hər birinizin xəyallarının gerçəkləşməsinə xidmət edir. “Xəyalların gerçəkləşməsi vaxtıdır”.Sizləri bu sərgidə iştirak etməyə dəvət edirik.

 

 Giriş pulsuzdur və maraqlanan hər kəs bu sərgiyə dəvətlidir.