Bakıda qəza - 6 nəfər yaralandı

10:12 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə Səbail rayonunun Sahil qəsəbəsi, 20-ci sahə ərazisində baş verib.

Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. Xəsarət alanlar - 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Daha bir sərnişin - 17 yaşlı oğlana yerində yardım edilib.