Bakıda zibilxanadan nadir kitab tapıldı – Günün təzadları

18:44 18.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı XIX əsrdə dərc edilmiş nadir kitab aşkar edildi. Hafta.az yazır ki, “APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadla verdiyi məlumata görə, şair, filosof və alim Abdurrəhman Caminin XII əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub. Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılır. Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar “Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə “Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarının iştirakçılarına nümayiş edilir.

 

Rus gözəlinə görə qızmar Afrikadan Sibirə köçdü

Əlcəzairdən olan bir müsəlman dəhşətli qəzadan sonra hərəkət etmək qabiliyyətini itirmiş rus sevgilisinə görə Sibirə köçmək qərarı ilə sosial şəbəkə istifadəçilərini heyrətləndirdi.  Hafta.az Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, 32 yaşlı Hafid Moxtari Marina ilə təxminən üç il öncə internetdə tanış olub. Rus qadın vurğulayır ki, dərhal gəncə xəstəliyi barədə məlumat verib. Təxminən 10 il əvvəl Krasnoyarsk diyarı İdrinski rayonunun sakini olan Marina dəhşətli qəzada möcüzəvi şəkildə sağ qalıb. Lakin qız ciddi xəsarətlər alıb və o vaxtdan da əlil arabasında  gəzir.  Ancaq kədərli xəbər Hafidi qorxutmayıb. Rus gözəli ilə dostluq yazışmaları zamanla bir sevgi romanına çevrilib. Və bir gün müsəlman oğlan xristian Marinanın həyatını bağlamaq istədiyi qadın olduğunu anlayıb.  Bundan sonra  Hafid sevgilisi naminə qızmar Əlcəzairdən şaxtalı Sibirə yollanıb. Və 2019-cu ilin baharının ilk günündə cütlük rəsmi olaraq ər-arvad olub. Hafid anasının onun başqa ölkəyə köçməsini çətin qəbul etdiyini, lakin sonunda oğlunun xoşbəxt olduğunu görərək bununla barışdığını söyləyir.

 

Şirvanda sürücü sükan arxasında infarkt keçirdi

Şirvan şəhərində sürücü avtomobildə ölü tapıldı. Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhər sakini, 1971-ci il təvəllüdlü Feyzullayev İntiqam Əlidadaş oğlu özünə məxsus avtomobillə evindən küçəyə çıxarkən özünü pis hiss edib. İ.Feyzullayev təxminən 40-50 metr getdikdən sonra idarəetməni itirərək yolun kənarındakı divara dəyib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları İ.Feyzullayevin infaktdan sükan arxasında keçindiyini müəyyənləşdirib. Faktla bağlı araşdırma aparılır.

 

Binəqədidə kişi çaydanla öldürüldü

Bakıda çay evində qətl hadisəsi baş verdi. Hafta.az yazır ki, "Report"un xəbərinə görə, hadisə cümə axşamı saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib. S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.

 

Kürdəxanıda kişi özünü laqonda ilə kəsdi

Bakıda evində iş görən şəxs xəsarət aldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Kürdəxanı qəsəbəsində 1978-ci il təvəllüdlü Tanrıverdiyev Nuran Bayram oğlu evində təmir işi görərkən laqonda əlindən çıxıb və sol döş qəfəsi və başının sol hissəsi xəsarət alıb. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona döş qəfəsinin və başının sol yarısının kəsilmiş yarası diaqnozu qoyulub.

 

Təyyarəyə gecikən sərnişin kompüterləri sındırdı

Rusiyanın hava limanlarından birində təyyarəyə gecikdiyi üçün geri qaytarılan sərnişin əsəbindən işçilərin kompüterini sındırdı.  Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, “Şermetova” Hava Limanında əsəbini kompüterlərdən çıxan sərnişin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Moskva polisi artıq şübhəlini saxlayaraq bölməyə aparıb. Hadisəylə bağlı araşdırma aparılır.