Balakən sakinindən tapança götürülüb

14:24 04.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən sakinindən tapança götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.

Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.