Balakəndə “VAZ” piyadanı vurub öldürdü

16:38 17.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən rayonunun Talalar kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata əsasən, yanvarın 16-da saat 18 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Yeni Şərif kənd sakini C.Çunayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Abdurəhman Hacıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.